» » » ATƏT-in baş katibi və Ermənistanın XİN rəhbəri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

ATƏT-in baş katibi və Ermənistanın XİN rəhbəri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

ATƏT-in baş katibi və Ermənistanın XİN rəhbəri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Edvard Nalbandyan ATƏT-in baş katibi Lamberto Zanyer ilə görüşüb.

ucarliyiq.biz Ermənistan KİV-inə istinadən xəbər verir ki, görüş Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində baş tutub.

Görüşdə tərəflər ATƏT-in gündəliyindəki məsələlər, bir sıra beynəlxalq və regional problemlər haqqında fikir mübadiləsi aparıblar.

Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında yaranmış vəziyyət də müzakirə edilib.