» » » Venesiya Komissiyası Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı yekun rəyini oktyabrda qəbul edəcək

Venesiya Komissiyası Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı yekun rəyini oktyabrda qəbul edəcək

Venesiya Komissiyası Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı yekun rəyini oktyabrda qəbul edəcək
Avropa Şurasının Venesiya Komissiyası Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı yekun rəyini oktyabrın 14-15-də keçiriləcək növbəti plenar sessiyasında qəbul edəcək.

Bu barədə ucarliyiq.biz VK-nın mətbuat xidmətinə istinadən xəbər verir.

Xatırladaq ki, sentyabrın 6-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosu Venesiya Komissiyasından Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendumu qiymətləndirməyi xahiş edib.

Qeyd edək ki, Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər üzrə referendum sentyabrın 26-də keçiriləcək.