» » » MSK sədri ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

MSK sədri ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

MSK sədri ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb.

Bu barədə ucarliyiq.biza Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.

Məzahir Pənahov görüşdən məmnunluğunu bildirib.

ABŞ səfiri Robert Sekuta rəhbərlik etdiyi qurumun Mərkəzi Seçki Komissiyası ilə sıx əməkdaşlığından məmnunluğunu vurğulayıb, buna görə MSK sədrinə təşəkkürünü bildirib və 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsinə (referendum) hazırlıqla bağlı görülmüş işlərlə maraqlanıb.

M.Pənahov qeyd edib ki, Mərkəzi Seçki Komissiyası beynəlxalq qurumlarla əməkdaşlığa hər zaman açıqdır və bu münasibətlər seçki və referendum praktikasının daha da təkmilləşdirilərək hazırkı inkişaf səviyyəsinə çatmasında və əldə olunan nailiyyətlərdə əhəmiyyətli rol oynayır. Qonağın suallarını cavablandıran MSK sədri həmçinin referendumun yüksək səviyyədə təşkil olunması, azad, ədalətli və şəffaf keçirilməsi üçün Azərbaycanda hər cür şəraitin və demokratik mühitin olduğunu vurğulayaraq, ölkəmizin seçki (referendum) qanunvericiliyi, seçki komissiyalarının fəaliyyət prinsipləri və qarşıdan gələn ümumxalq səsverməsi ilə bağlı vətəndaşların referendumda iştirak hüquqlarının daha səmərəli təmin edilməsi üçün gerçəkləşdirilmiş genişmiqyaslı layihələri diqqətə çatdırıb.

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran məsələlər və müxtəlif sahələrdə qurumlar arasındakı əməkdaşlığın mümkün perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.