» » » Azərbaycan XİN başçısı norveçli həmkarı ilə görüşüb

Azərbaycan XİN başçısı norveçli həmkarı ilə görüşüb

Azərbaycan XİN başçısı norveçli həmkarı ilə görüşüb
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyası çərçivəsində Norveçin xarici işlər naziri Borge Brende ilə görüşüb.

Nazirlikdən ucarliyiq.biza verilən məlumata görə, görüş zamanı Azərbaycan-Norveç əlaqələrinin hazırkı vəziyyəti və inkişaf etdirilməsi yolları, iqtisadiyyat və enerji sahəsində əməkdaşlıq, beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

B.Brende Norveçin Azərbaycanın Avro-Atlantika təsisatları ilə əməkdaşlığını dəstəklədiyini bildirib.

E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin mövcud vəziyyəti haqqında məlumat verərək, münaqişənin tezliklə həllinə nail olmaq üçün Azərbaycanın substantiv və nəticə yönümlü danışıqların tərəfdarı olduğunu vurğulayıb.