» » » Maykl Karpenter: "Azərbaycan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın səviyyəsindən məmnunuq"

Maykl Karpenter: "Azərbaycan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın səviyyəsindən məmnunuq"

Maykl Karpenter: "Azərbaycan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın səviyyəsindən məmnunuq"
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində ABŞ-ın müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Maykl Karpenter ilə görüşüb.

ucarliyiq.biz XİN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Maykl Karpenter Azərbaycan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edib. O, bu ilin mart ayında iki ölkə arasında müdafiə məsələləri üzrə məsləhətləşmələrin uğurla həyata keçirildiyini qeyd edərək, bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. M.Karpenter həmçinin Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfələrinin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Elmar Məmmədyarov Azərbaycanın ABŞ ilə bütün sahələrdə, xüsusilə müdafiə sahəsində əməkdaşlığa önəm verdiyini bildirib. Nazir ölkələrimiz arasında siyasi dialoq və qarşılıqlı anlaşmanın vacibliyini söyləyərək, bu məqamların praktiki əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığını vurğulayıb.

XİN başçısı Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi və Ermənistanın törətdiyi hərbi təxribatları barəsində həmsöhbətə məlumat verib.

Görüşdə terrorizmə qarşı mübarizə və qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.