» » » Prezident Administrasiyası Referendum Aktı layihəsini Venesiya Komissiyasına göndərməmələrinin səbəbini açıqlayıb

Prezident Administrasiyası Referendum Aktı layihəsini Venesiya Komissiyasına göndərməmələrinin səbəbini açıqlayıb

Prezident Administrasiyası Referendum Aktı layihəsini Venesiya Komissiyasına göndərməmələrinin səbəbini açıqlayıb
“Referendum Aktı layihəsinin Venesiya Komissiyasına göndərilməməsinin səbəbləri var. Konstitusiyada nəzərdə tutulan dəyişiklik layihəsində prezidentə əlavə səlahiyyətlər verilmir. Əsas icraedici orqanın işini təşkil etməkdir, dəyişikliklər də buna görədir”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev Venesiya Komissiyasının Azərbaycanın Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş referendumla bağlı neqativ rəy verməsi ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib.

Ş.Əliyev bildirib ki, Azərbaycan hökuməti dəyişikliklərin mühüm xarakter daşıdığını hesab etmir: “Bu səbəbdən də layihəni Venesiya Komissiyasına göndərmədik”.