» » » PA-nın şöbə müdiri: “Venesiya Komissiyası bu rəyi əvvəlcə Azərbaycan hökumətinə göndərməli idi”

PA-nın şöbə müdiri: “Venesiya Komissiyası bu rəyi əvvəlcə Azərbaycan hökumətinə göndərməli idi”

PA-nın şöbə müdiri: “Venesiya Komissiyası bu rəyi əvvəlcə Azərbaycan hökumətinə göndərməli idi”
“Prosedur kobudcasına pozulub”

Azərbaycan Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev Venesiya Komissiyasının Azərbaycanın Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş referendumla bağlı neqativ rəy verməsinə münasibət bildirib.

“Report”un xəbərinə görə, Ş.Əliyev keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan hökuməti Venesiya Komissiyası ilə həmişə əməkdaşlıq edib.

O deyib ki, bu əməkdaşlıq qarşılıqlı hörmət əsasında qurulub: “Yadıma gəlmir ki, Venesiya Komissiyası bu və ya digər məsələ ilə bağlı 3 ay müddətinə rəy versin. Yəni bu rəy əvvəlcə Azərbaycan hökumətinə göndərilməli idi. Bu prosedur kobudcasına pozulub. Bilirsiniz ki, komissiyanın rəyi AŞPA sədrinin məktubu əsasında hazırlanıb. Bütün bunlar cəmi iki həftə müddətində baş verib”.