» » » Meksika parlamentində Azərbaycanla Dostluq Qrupunun təsis olunmasına dair akt imzalanıb

Meksika parlamentində Azərbaycanla Dostluq Qrupunun təsis olunmasına dair akt imzalanıb

Meksika parlamentində Azərbaycanla Dostluq Qrupunun təsis olunmasına dair akt imzalanıb
Meksika Konqresi Deputatlar Palatasında Meksika-Azərbaycan Dostluq Qrupunun təsis edilməsi ilə əlaqədar tədbir keçirilib.

Azərbaycanın Meksikadakı səfirliyindən ucarliyiq.biza verilən məlumata görə, Dostluq Qrupunun sədri, Miçoakan ştatının deputatı Alfredo Anaya Orosko (İnqilabi İnstitusional Partiyası - Partido Revolucionario Institucional- PRI) bildirib ki, Dostluq Qrupunun təsis edilməsi iki ölkə arasında əməkdaşlığın inkişafına göstərilən yüksək diqqətin, qarşılıqlı marağın göstəricisidir. Bu baxımdan, qrupun təsis edilməsi hazırda mövcud olan dostluq əlaqələrinin möhkəmlənməsinə və iki xalqın bir-birini daha yaxından tanımasına xidmət edəcək.

O qeyd edib ki, Azərbaycanın tarix boyunca inkişafı, önəmi və İslam dünyası üçün nümunə olması təqdirəlayiq haldır: "Azərbaycan zəngin və qədim mədəni irsə malikdir, eləcə də, müsəlman ölkələri arasında yüksək dini tolerantlıq məkanıdır. 1918-ci ildə təsis edilmiş Azərbaycan Demokratik Cümhuriyyəti müsəlman dünyasının ilk demokratik respublikasıdır. Müstəqilliyin əldə edilməsindən sonra MDB və Şərqi Avropanın digər ölkələri ilə müqayisədə Azərbaycanda insan inkişafı indeksi, iqtisadi inkişaf və savadlılıq yüksək səviyyəyə çatıb, işsizliyin və cinayətin aşağı səviyyəsi qeydə alınıb".

A.Orosko Meksikanın bütün tarixi boyunca açıq xarici siyasət yürütdüyünü, diplomatik münasibətlərin beynəlxalq ictimaiyyətə xidmət missiyasının bir hissəsi olduğunu bildirib. O, vurğulayıb ki, Meksika və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından 24 il ötür: "O vaxtdan bəri, hər iki xalq iqtisadi-ticari və təhsil sahələrində, eləcə də, turizmin təşviqi, univeristetlərarası və mədəniyyət sahəsində mübadilədə əməkdaşlıq əlaqələrinin qurulması üçün güclü iradə nümayiş etdirib və artıq iki ölkə arasında qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan dostluq münasibətlərinin formalaşdığını, iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün əlverişli siyasi zəmin mövcuddur".

Azərbaycanın Meksikadakı səfirliyinin müvəqqəti işlər vəkili Mehriban Səmədova Dostluq Qrupunun yaradılması ilə bağlı məmnuniyyətini dilə gətirib. O BildiriB ki, bu gün Azərbaycan regionun aparıcı dövlətidir. Cənubi Qafqazda həyata keçirilən bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə həyata keçirilir və ölkədə bütün sahələrdə sürətli inkişaf gedir: "Dostluq Qrupunun təsis edilməsi ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə, iqtisadi, ticari, turizim və mədəniyyət sahəsində əməkdaşlıq müqavilələrinin imzlanmasına və qarşılıqlı səfərlərin təşkil edilməsinə mühüm töhfə olacaq".

M.Səmədova Azərbaycan Hökuməti tərəfindən Latın Amerikasında ilk olaraq 2008-ci ildə Meksikada Səfirliyin açıldığını və bunun iki ölkə arasında əməkdaşlığın inkişafına göstərilən yüksək diqqətin, qarşılıqlımarağın göstəricisiolduğunu vurğulayıb.

Səfirliyin fəaliyyətə başlamasının parlamentlərarası əlaqələrin inkişafına təkan verməsindən və Ermənistanın Azərbaycana qarşı təcavüzündən söz açan M.Səmədova məsələyə dair Meksika Konqresi Deputatlar Palatasında 2011-ci ildə qəbul edilən qətnamə barədə məlumat verib. O bildirib ki, həmin qətnamədə Azərbaycanın Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun Ermənistan tərəfindən işğal edilməsi, azərbaycanlı əhalinin, xüsusən də Xocalı soyqırımı zamanı öldürülməsi, fiziki zərər və mənəvi əzab verilməsi, habelə 1994-cü ildə bağlanmış atəşkəs rejiminin Ermənistan tərəfindən pozulması pislənilir. Qətnamənin Azərbaycan xalqı və dövlətinə, münaqişənin ədalətli həlli prosesinə böyük siyasi və mənəvi dəstək olduğunu diqqətə çatdırıb. Deputatlar Palatasına öz təşəkkürünü ifadə edib.

Meksika Xarici İşlər Nazirliyinin Avropa İdarəsi rəsinin müavini Alexandro Masias Orteqa qeyd edib ki, Dostluq Qrupunun təsis edilməsi 21-ci əsrdə diplomatik sahədə əməkdaşlıq üçün xüsusi önəmə sahibdir. Belə ki, iki xalq arasında icraedici, qanunverici və digər sahələrdə birgə daha yaxşı və sıx şəkildə əməkdaşlıq etmək üçün vacib amildir.

Qeyd edək ki, Dostluq Qrupa Miçoakan ştatının deputatı Alfredo Anaya Orosko sədrlik edəcək. Ümumilikdə 10 deputatdan ibarət qrupun beş üzvü Meksikada hazırda iqtidarda olan “İnqilabi İnstitusional Partiyası” (Partido Revolucionario Institucional– PRI) siyasi partiyasını təmsil edir.