» » » Knessetin sədr müavini: "İsrail hökuməti qondarma "erməni soyqırımı"nı tanımır"

Knessetin sədr müavini: "İsrail hökuməti qondarma "erməni soyqırımı"nı tanımır"

Knessetin sədr müavini: "İsrail hökuməti qondarma "erməni soyqırımı"nı tanımır"
Qüds. 22 sentyabr. REPORT.AZ/ "İsrail hökumətinin rəsmi mövqeyi var: İsrail qondarma "erməni soyqırımı"nı tanımır".

ucarliyiq.biz xəbər verir ki, bunu Azərbaycanın bir qrup jurnalisti ilə görüşdə İsrail Knessetinin sədr müavini Hilik Bar deyib.

Ermənilərin qondarma "erməni soyqırımı"nı Holokostla müqayisə etməsinə münasibət bildirən H.Bar bu cür müqayisənin əleyhinə olduğunu, bəşər tarixində yəhudilərin üzləşdiyi soyqırımın başqa hadisələrlə müqayisə edilə bilməyəcəyini vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar suala cavab verərən Knessetin sədr müavini Azərbaycan və Ermənistanın bütün mövcud fikir ayrılıqlarının həllini tapacağına ümid etdiyini bildirib.