» » » Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ucarliyiq.biza verilən məlumatına görə, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Ceyms Uorlik (ABŞ) və Pyer Andrio (Fransa) və ATƏT-in fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndə Anjey Kasprşik də iştirak edib.

Görüşdə sülh prosesinin sürətləndirilməsi və danışıqlarda əsaslı nəticələrin əldə olunması ətrafında müzakirələr aparılıb.

E.Məmmədyarov Ermənistanın son təxribat əməllərinin, o cümlədən Azərbaycanın işğal olunmuş Ağdam rayonunda həyata keçirdiyi canlı atəş hazırlığı məşq və təlimlərinin danışıqlar prosesini pozmaq məqsədi daşıdığını bildirib.