» » » Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində 260-dan çox məhsul nümayiş etdirəcək

Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində 260-dan çox məhsul nümayiş etdirəcək

Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində 260-dan çox məhsul nümayiş etdirəcək
"Azərbaycan "ADEX 2014" müdafiə sənayesi sərgisində 27 məhsulla təmsil olunmuşdusa, builki sərgidə bu göstərici 260-dan çox olacaq".

ucarliyiq.biz xəbər verir ki, bunu müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev deyib.

Onun sözlərinə görə, bu il sərgidə nümayiş olunacaq açıq havada olan platformanın əhatə dairəsi də genişlənib: "Nazirliyə aid bütün məhsulların hamısı nə qədər mümkündürsə göstəriləcək və məlumat veriləcək".

Nazir müavini əlavə edib ki, sərgi çərçivəsində həmçinin bir sıra müqavilələrin imzalanması da nəzərdə tutulub.