» » » Akko şəhərinin meri: "Ermənilərin heç bir hədəsi Azərbaycana münasibətimə təsir edə bilməz"

Akko şəhərinin meri: "Ermənilərin heç bir hədəsi Azərbaycana münasibətimə təsir edə bilməz"

Akko şəhərinin meri: "Ermənilərin heç bir hədəsi Azərbaycana münasibətimə təsir edə bilməz"
Akko. 22 sentyabr. REPORT.AZ/ "Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Ermənistan diasporu dəfələrlə Xocalı soyqırımı ilə bağlı həyata keçirilən tədbirlərlə əlaqədar mənə müraciət etsə də, onlara cavabım eyni olub: mən Azərbaycan xalqını dəstəkləyirəm".

ucarliyiq.biz xəbər verir ki, bu fikirləri İsrilin Akko şəhərinin meri Şimon Lankri azərbaycanlı jurnalistlərlə görüşdə deyib.

Şəhər başçısı əlavə edib ki, ermənilərin heç bir hədəsi Azərbaycana olan münasibətinə təsir edə bilməz.

Ş.Lankri həmçinin Azərbaycan əsilli vətəndaşların ən böyük icmasının məhz Akko şəhərində olduğunu diqqətə çatdırıb.

Eyni zamanda, şəhər meri Akkodakı "Azərbaycan evi"nin tikintisinin gedişatı haqqında məlumat verib. O, Azərbaycan Multikulturalizm Mərkəzinin əsas hissəsi olacaq binanın artıq birinci mərtəbəsinin inşasının yekunlaşdığını bildirib.