» » » Qazaxıstan prezidentinin Azərbaycana səfərinin tarixi açıqlanıb

Qazaxıstan prezidentinin Azərbaycana səfərinin tarixi açıqlanıb

Qazaxıstan prezidentinin Azərbaycana səfərinin tarixi açıqlanıb
Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu il oktyabrın 12-də Azərbaycana səfər edəcək.

ucarliyiq.biz KazTAQ-a istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev sentyabrın 22-də Astanada Qazaxıstan-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın 13-cü iclasında bildirib.

Nazir Azərbaycan ilə Qazaxıstan prezidentlərinin qardaşlıq münasibətindən danışıb: "Bu iki müstəqil dövlətin bütün siyasi, iqtisadi və dostluq münasibətləri iki dayaq üzərindədir".

Qeyd edək ki, ucarliyiq.biz İnformasiya Agentliyi bir müddət əvvəl Qazaxıstan liderinin bu ilin payızında Azərbaycana səfər edəcəyi haqda məlumat yaymışdı.