» » » TÜRKPA Azərbaycanda keçiriləcək referendumu müşahidə edəcək

TÜRKPA Azərbaycanda keçiriləcək referendumu müşahidə edəcək

TÜRKPA Azərbaycanda keçiriləcək referendumu müşahidə edəcək
TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyası sentyabrın 26-da Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı referendumun qısamüddətli monitorinqini həyata keçirəcək.

Bu barədə ucarliyiq.biza qurumun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, müşahidəçilər Azərbaycana Milli Məclis tərəfindən dəvət edilib.

Missiya Qazaxıstan, Qırğızıstan və Türkiyənin parlament üzvləri, eləcə də TÜRKPA Katibliyinin nümayəndələrindən ibarətdir.

Səsvermə günü missiya üzvləri bir neçə səsvermə məntəqəsində müşahidə aparacaqlar.