» » » MSK sədri və nazir referendumla əlaqədar quraşdırılan veb-kameralara baxış keçirib

MSK sədri və nazir referendumla əlaqədar quraşdırılan veb-kameralara baxış keçirib

MSK sədri və nazir referendumla əlaqədar quraşdırılan veb-kameralara baxış keçirib
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumla bağlı MSK-da quraşdırılmış veb-kameralara baxış keçirib.

ucarliyiq.biz xəbər verir ki, MSK sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib ki, min seçki məntəqəsində veb-kameralar quraşdırılıb: “Bu gün veb-kameraların nə vəziyyətdə olduğunu yoxladıq. Bütün məntəqələrdən görüntü çox yüksək səviyyədədir. Son texnologiyalardan istifadə edərək yüksək səviyyəli görüntünün əldə olunmasına çalışılıb. Biz çalışırıq yerlərdə elektrik enerjisi təchizatı və telefon rabitəsinin verilməsində də problem olmasın”.

M.Pənahov bildirib ki, dünyanın bütün nöqtələrindən istənilən arzu edən şəxs MSK-nın saytına daxil olaraq veb-kameralar vasitəsilə “online” rejimdə bütün seçki prosesini arası kəsilmədən izlmək imkanı əldə edəcək: “İnanıram ki, biz işimizi yüksək standartlara cavab verən şəkildə yerinə yetirəcəyik".