» » » Amerikalı həmsədr: "Biz Dağlıq Qarabağ münaqişəsinin həllində səbirsizliklə irəliləyiş gözləyirik"

Amerikalı həmsədr: "Biz Dağlıq Qarabağ münaqişəsinin həllində səbirsizliklə irəliləyiş gözləyirik"

Amerikalı həmsədr: "Biz Dağlıq Qarabağ münaqişəsinin həllində səbirsizliklə irəliləyiş gözləyirik"
"Biz Dağlıq Qarabağ münaqişəsinin həllində səbirsizliklə irəliləyiş gözləyirik".

ucarliyiq.biz xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "Twitter" səhifəsində yazıb.

"Nyu-Yorkda Qarabağ üzrə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşdük. Biz səbirsizliklə əsas məsələnin həllində irəliləyiş gözləyirik", - deyə C.Uorlik yazıb.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri iki ölkənin xarici işlər nazirləri ilə BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində görüşüblər.