» » » Rusiyanın "Uralvaqonzavod" korporasiyası Bakıda "ADEX-2016" sərgisində yeni layihələrini təqdim edəcək

Rusiyanın "Uralvaqonzavod" korporasiyası Bakıda "ADEX-2016" sərgisində yeni layihələrini təqdim edəcək

Rusiyanın "Uralvaqonzavod" korporasiyası Bakıda "ADEX-2016" sərgisində yeni layihələrini təqdim edəcək
Bakıda keçiriləcək "ADEX-2016" müdafiə sərgisində Rusiyanın "Uralvaqonzavod" Elmi-İstehsalat Korporasiyası (EİK) bir sıra yeni layihələrini təqdim edəcək.

ucarliyiq.biz xəbər verir ki, bu barədə EİK-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sərgidə zirehli texnikaya xidmət göstərilməsi və onun təmiri üzrə mobil xidmət mərkəzi təqdim olunacaq. Bu, bir neçə korpusdan ibarət olan, 10 və ya daha çox avtomobil üzərində müxtəlif çətinlik səviyyələrində təmir işləri həyata keçirməyə imkan verən xidmət kompleksi qurğusudur. Belə mobil mərkəz eyni anda bir neçə işi, məsələn, nasazlıqların diaqnostikası, avadanlığın montajı/demontajı, korpus və yuxari hissələrin təmiri, mayenin tökülməsi/boşaldılması, texniki təmizləmə və rənglənməni həll etməyə imkan verəcək.

Xidmət mərkəzinin unikal xüsusiyyəti ümumi gücü 1 mVt olan xidmət tələb etməyən mobil külək turbinləri ilə təchiz edilməsi imkanı olacaq. Bütün bunlar istənilən yerdə, müxtəlif iqlim zonalarında tam təmir-xidmət tsiklinin asanlıqla və tez təşkil edilməsinə imkan verəcək.

EİK-dan verilən məlumata görə, sərgiyə baş çəkənlər həmçinin müasir atəşə nəzarət sistemi və yeni konfiqurasiyada teplovizion nişangahla təchiz edilən T-72 tanklarının modernləşdirilmiş nümunəsini görə biləcək. T-72 tankları zirehli tank sənayesinin ən son nailiyyətləri ilə zənginləşdirilib və bu, onların həm hərəkət, həm də döyüş keyfiyyətlərini yaxşılaşdırır.

Xatırladaq ki, "ADEX-2016" II Azərbaycan Beynəlxalq müdafiə sərgisi sentyabrın 27-30-da Bakı Ekspo Mərkəzində keçiriləcək. Sərgidə dünyanın 34 ölkəsindən 216 şirkət və 19 ölkədən 25 rəsmi nümayəndə iştirak edəcək.