» » » Referendumla bağlı Azərbaycan polisi sabahdan gücləndirilmiş iş rejiminə keçəcək

Referendumla bağlı Azərbaycan polisi sabahdan gücləndirilmiş iş rejiminə keçəcək

Referendumla bağlı Azərbaycan polisi sabahdan gücləndirilmiş iş rejiminə keçəcək
Azərbaycan polisi referendumla əlaqədar sabahdan – sentyabrın 24-dən gücləndirilmiş iş rejiminə keçəcək.

“Report”un xəbərinə görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Ramil Usubov əmr imzalayıb.

Əmrlə, ölkə polisi sentyabrın 24-dən 29-dək gücləndirilmiş iş rejimində işləyəcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-na ümumxalq səsverməsi (referendum) təyin edilib.