» » » Moskvada Azərbaycan Konstitusiyasına dəyişikliklər müzakirə edilib

Moskvada Azərbaycan Konstitusiyasına dəyişikliklər müzakirə edilib

Moskvada Azərbaycan Konstitusiyasına dəyişikliklər müzakirə edilib
Moskva Dövlət Universitetinin (MDU) Hüquq fakultəsində “Azərbaycanda Konstitusiya dəyişiklikləri” mövzusunda "dəyirmi masa" keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən ucarliyiq.biza verilən məlumata görə, tədbiri Rusiya Azərbaycan Gənclər Birliyi (AMOR), Moskva Dövlət Universiteti yanında Gənc Alimlərə Dəstək Şurası, MDU-nin Hüquq fakültəsi təşkil edib.

"Dəyirmi masa"da Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Ümumrusiya Azərbaycan Konqresinin sədri İlqar Hacıyev, Rusiya Azərbaycan Gənclər Birliyi İdarə Heyətinin üzvü Emin Hacıyev, Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin Gənc Alimlər Şurasının sədri Yevgeniya Kryukova, Azərbaycanın Rusiyadakı Səfirliyinin nümayəndəsi, eləcə də konstitusiya və müqayisəli hüquq, beynəlxalq münasibətlərlə maraqlanan bir sıra aparıcı universitetlərin tələbələri iştirak edibLƏR.

Tədbirdə Azərbaycan Konstitusiyasına ediləcək dəyişikliklər, Azərbaycan Respublikası Konstitusiyasının inkişaf tarixi, mexanizmləri, eləcə də ölkənin gənc kadr ehtiyatı və digər məsələlər müzakirə olunub.