» » » Federika Mogerini: "Aİ ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir"

Federika Mogerini: "Aİ ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir"

Federika Mogerini: "Aİ ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir"
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Federika Mogerini Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Edvard Nalbandyan ilə görüşüb.

ucarliyiq.biz Ermənistan KİV-inə istinadən xəbər verir ki, görüşdə onlar Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə bağlı münaqişənin tənzimlənməsindən danışıblar.

F.Mogerini Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində Avropa İttifaqının ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəklədiyini söyləyib.

Qeyd edək ki, görüş BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində baş tutub.