» » » Milli Preventiv Qrupun üzvləri İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsində olublar

Milli Preventiv Qrupun üzvləri İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsində olublar

Milli Preventiv Qrupun üzvləri İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsində olublar
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsinə əvvəlcədən xəbərdarlıq etmədən baş çəkiblər.

Ombudsman Aparatının mətbuat xidmətindən ucarliyiq.biza verilən məlumata görə, burada məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə çərçivəsində saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, onların saxlanma şəraitinə aid olan sənədlər, habelə rəftar məsələləri araşdırılıb, kameralara baxış keçirilib, qidalanma, tibbi yardım, gəzinti, görüş, kameradan çıxarılma və sovqat ilə bağlı sənədləşmə yoxlanılıb.

Müəssisədə saxlanılan, inzibati qaydada həbs olunmuş şəxslər Milli Preventiv Qrupunun üzvləri tərəfindən fərdi qaydada qəbul edilib, müraciətləri cavablandırılıb, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub, hüquqi məsləhətlər verilib.

Yekunda adı çəkilən müəssisənin rəhbərliyinə milli qanunvericiliyə və beynəlxalq standartlara, habelə İnzibati Həbs Olunanların Saxlanılma Məntəqələrinin Daxili intizam Qaydalarına uyğun şəkildə müəyyən edilmiş nöqsanların aradan qaldırılması, saxlama şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

Başçəkmənin nəticəsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunub.