» » » “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının DSMF üzrə siyahısı ləğv edilib

“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının DSMF üzrə siyahısı ləğv edilib

“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının DSMF üzrə siyahısı ləğv edilib
Nazirlər Kabineti “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında” 2014-cü il 1 may tarixli 118 nömrəli qərarında dəyişikliklər edib.

ucarliyiq.biz - in məlumatına görə, “Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 mart tarixli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın 21-ci hissəsi (Dövlət Sosial Müdafiə Fondu üzrə Fərdi uçot sistemində sığortaolunanların məlumat bazası və fondun pensiyaçılar üzrə informasiya ehtiyatı) ləğv edilib və aşağıdakı məzmunda 6.1-1-ci və 6.1-2-ci bəndlər əlavə edilib:



6.1-1.



Fərdi uçot sistemində sığortaolunanların məlumat bazası



6.1-2.



Pensiyaçılar üzrə informasiya ehtiyatı