» » » Azərbaycanda keçiriləcək referendumu müşahidə edəcək TÜRKPA nümayəndələri Bakıya gəlib

Azərbaycanda keçiriləcək referendumu müşahidə edəcək TÜRKPA nümayəndələri Bakıya gəlib

Azərbaycanda keçiriləcək referendumu müşahidə edəcək TÜRKPA nümayəndələri Bakıya gəlib
Türkdilli ölkələrin Parlament Assambleyasına (TÜRKPA) daxil olan parlamentlərin deputatlarından ibarət Beynəlxalq Müşahidəçilər Missiyası Azərbaycan Konstitusiyasına dəyişikliklərin edilməsi ilə bağlı ümumxalq səsverməsini (referendumu) qısamüddətli müşahidə etmək üçün Bakıya gəlib.

ucarliyiq.biz TÜRKPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, missiyaya Qazaxıstan Məclisinin deputatı Nurlan Dulatbekov rəhbərlik edir.

İş qrafikinə əsasən, müşahidəçilər missiyası rəsmi şəxslər, siyasi və ictimai təşkilatların nümayəndələri ilə görüş keçiriəcək, referenduma hazırlıq prosesi ilə tanış olacaq, səsvermə günü isə Bakıda yerləşən seçki məntəqələrində səsvermənin gedişini müşahidə edəcək.

Xatırladaq ki, Azərbaycanda Konstitusiyaya dəyişikliklərin edilməsi ilə bağlı referendum sentyabrın 26-na təyin olunub.