» » » Rumıniyanın yeni səfiri Bakıya gəlib

Rumıniyanın yeni səfiri Bakıya gəlib

Rumıniyanın yeni səfiri Bakıya gəlib
Rumıniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dan Yanku (Dan İancu) Bakıya gəlib.

ucarliyiq.biz xəbər verir ki, D.Yanku etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etdikdən sonra fəaliyyətə başlayacaq.

D.Yankunun namizədliyi iyunun əvvəlində Rumıniya parlamenti tərəfindən təsdiqlənib.

Qeyd edək ki, cari il mayın 20-də Rumıniya prezidenti Klaus Yohannis Daniel Kristian Çobanunun Azərbaycandan səfir postundan geri çağırılması haqqında sərəncam imzalayıb. D.K.Çobanu 2011-ci ildən Rumıniyanın Bakıdakı diplomatik missiyasının rəhbəri vəzifəsində çalışırdı.