» » » Azərbaycanda referendumqabağı təşviqat müddəti başa çatıb

Azərbaycanda referendumqabağı təşviqat müddəti başa çatıb

Azərbaycanda referendumqabağı təşviqat müddəti başa çatıb
Azərbaycanda referendumqabağı təşviqat müddəti başa çatıb.

ucarliyiq.biz - in xəbərinə görə, təşviqatı referendum üzrə qeydə alınmış təşviqat qrupları aparıb.

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, təşviqat səsvermə gününə 23 gün qalmış - sentyabrın 3-də başlanmalı və səsvermənin başlanmasına 24 saat qalanadək - sentyabrın 25-i saat 8.00-da dayandırılmalıdır.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası üç təşviqat qrupunu qeydə alıb. Bunlar "Yeni Azərbaycan", "Bələdiyyə" və Vətəndaş Cəmiyyəti" təşviqat qruplarıdır.