» » » MSK sədri MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının üzvləri ilə görüşüb

MSK sədri MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının üzvləri ilə görüşüb

MSK sədri MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının üzvləri ilə görüşüb
2016-cı il sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsini (referendumu) müşahidə etmək üçün Azərbaycanda səfərdə olan MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyəti sentyabrın 25-də Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşüb.

MSK-dan ucarliyiq.biza verilən məlumata görə, ölkəmizdə keçirilən seçki proseslərinin müşahidəsində hər zaman yaxından iştirak edən MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyətini salamlayan sədr Məzahir Pənahov ümumxalq səsverməsi ərəfəsində görüşdən məmnunluğunu bildirib.

Sədr, həmçinin qeyd edib ki, rəhbərlik etdiyi Mərkəzi Seçki Komissiyası beynəlxalq təşkilatlarla və onların müxtəlif qurumları ilə qarşılıqlı faydalı əməkdaşlığa hər zaman xüsusi əhəmiyyət verir.

Səmimi qəbul üçün təşəkkürlərini bildirən nümayəndə heyətinin üzvləri ümumxalq səsverməsi ilə əlaqədar gerçəkləşdirilmiş layihələr və son hazırlıq işləri ilə maraqlanıb. Sədr Məzahir Pənahov reallaşdırılmış genişmiqyaslı layihələr və referendumun azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində atılmış addımlar barədə beynəlxalq müşahidəçiləri ətraflı məlumatlandırıb.

Görüş çərçivəsində, həmçinin qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.