» » » AŞPA müşahidə missiyasının rəhbəri: "İlkin təəssüratlarımızı sabah mətbuat konfransında bölüşəcəyik"

AŞPA müşahidə missiyasının rəhbəri: "İlkin təəssüratlarımızı sabah mətbuat konfransında bölüşəcəyik"

AŞPA müşahidə missiyasının rəhbəri: "İlkin təəssüratlarımızı sabah mətbuat konfransında bölüşəcəyik"
"Monitorinq çərçivəsində mümkün qədər çox məntəqədə olmağa çalışırıq".

ucarliyiq.biz xəbər verir ki, bunu bu gün Azərbaycanda keçirilən ümumxalq səsverməsinin (referendumun) monitorinqi ilə məşğul olan AŞPA müşahidə missiyasının rəhbəri, makedoniyalı parlamentari Aleksandr Nikoloski jurnalistlərə açıqlamasında deyib.

O, Bakıya referendumu monitorinq etmək üçün 7 nəfərlik nümayəndə heyəti ilə gəldiyini qeyd edib.

A.Nikoloski referendumdan ilkin təəssüratlarını bölüşməkdən imtina edərək hər şey barədə sabah keçirəcəkləri mətbuat konfransında məlumat verəcəklərini vurğulayıb: "1-2 aydan sonra isə referendumun müşahidəsi üzrə yekun hesabatımızı təqdim edəcəyik".

Qeyd edək ki, saat 13:00-a olan məlumata görə, A.Nikoloski 29 saylı Səbail seçki dairəsinin 4 və 5 saylı seçki məntəqələrində olub.