» » » Azərbaycanın Rusiyadakı səfirliyində referendumla bağlı səsvermə keçirilir - FOTO

Azərbaycanın Rusiyadakı səfirliyində referendumla bağlı səsvermə keçirilir - FOTO

Azərbaycanın Rusiyadakı səfirliyində referendumla bağlı səsvermə keçirilir - FOTO
Moskva. 26 sentyabr. REPORT.AZ/ Azərbaycanın Moskvadakı səfirliyində Konstitusiyaya dəyişikliklər edilməsi üzrə ümumxalq səsverməsi (referendum) keçirilir.

ucarliyiq.biz - in Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Moskvadakı səfirliyində, eləcə də Sankt-Peterburq və Yekaterinburqdakı baş konsulluqlarda yerləşən seçki məntəqələri yerli vaxtla saat 08:00-da qapılarını seçicilərin üzünə açıb.

Səfirlikdəki seçki məntəqəsi 3 saylı Yasamal seçki dairəsinin 17 saylı seçki məntəqəsi üzrə qeydə alınıb. Məntəqənin sədri Ağalar Atamoğlanov qeyd edib ki, məntəqə üzrə 1500-dən çox seçici qeydə alınıb.

Onun sözlərinə görə, səfirlikdə seçicilərin iradəsini açıq şəkildə ifadə etməsi üçün hər cür şərait yaradılıb.

Moskvadan savayı, Sankt-Peterburq və Yekaterinburqda müvafiq olaraq, 956 və 200 nəfər qeydə alınıb.

Səfirlikdəki məntəqədə artıq Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu səs verib.

Səsvermə prosesinin gedişini izləyən beynəlxalq müşahidəçilər yüksək seçici fəallığını vurğulayır. MDB Parlamentlərarası Assambleyadan olan müşahidəçi Sergey Karavayev seçkilərin şəffaflığını və vətəndaşların öz iradəsini azad şəkildə nümayiş etdirdiyini qeyd edib.

Qeyd edək ki, seçki məntəqəsi Moskva vaxtı ilə saat 19:00-da bağlanacaq.