» » » Bakıda "ADEX-2016" sərgisində Rusiyanın ən son döyüş və mülki vertolyotları təqdim olunacaq

Bakıda "ADEX-2016" sərgisində Rusiyanın ən son döyüş və mülki vertolyotları təqdim olunacaq

Bakıda "ADEX-2016" sərgisində Rusiyanın ən son döyüş və mülki vertolyotları təqdim olunacaq
Bakıda keçiriləcək "ADEX-2016" sərgisində "Rusiya helikopterləri" konserni ən son döyüş və mülki vertolyotları, seriyalı modelləri nümayiş etdirəcək.

Bu barədə ucarliyiq.biz RİA "Novosti"yə istinadən xəbər verir.

"Tədbir çərçivəsində "Rusiya helikopterləri" mülki və hərbi vertolyotların aktual model sıralarını nümayiş etdirəcək, eləcə də ən son yeniliklərini göstərəcəklər. Tamaşaçılar "Mi-38" helikopterinin nəqliyyat-sərnişin versiyası, "Mi-28 NE" və "Ka-52 Alliqator" modelləri ilə tanış ola biləcək", - holdinqin məlumatında deyilir.

Holdinqin baş direktorunun müavini İqor Çeçikovun sözlərinə görə, Azərbaycan ənənəvi ən mühüm tərəfdaşlardan biridir. O, qeyd edib ki, holdinq tərəfdaşlarına ən qabaqcıl yeniliklər və ən yeni model helikopterlər təklif edir, eyni zamanda satış sonrası xidmət və mövcud texnikanın modernləşdirilməsini təmin etməyə də hazırdır.

Qeyd edək ki, ikinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi sərgisi "ADEX 2016" sentyabr ayının 27-dən 30-dək Bakı Ekspo Mərkəzində keçiriləcək. Bu il sərgidə 30-dan çox ölkədən 200-dən çox şirkət iştirak edir.