» » » Lənkəranın icra hakimiyyətinin başçısı səsvermədə iştirak edib

Lənkəranın icra hakimiyyətinin başçısı səsvermədə iştirak edib

Lənkəranın icra hakimiyyətinin başçısı səsvermədə iştirak edib
Lənkəran. 26 sentyabr. REPORT.AZ/ Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov referendumda səs verib.

ucarliyiq.biz - in Cənub bürosu xəbər verir ki, T.Qaraşov Azərbaycan Konstitusiyasına dəyişikliklər üzrə keçirilən ümumxalq səsverməsində seçici hüququndan istifadə edərək 73 saylı Lənkəran şəhər DSK-nın 17 saylı məntəqəsinə gəlib. Bülleten götürərək kabinəyə keçən icra hakimiyyətinin başçısı Konstitusiyaya təklif edilən dəyişikliklə bağlı 29 hissə üzrə öz fikrini ifadə edib. Sonra bülleteni seçki qutusuna atıb.

1 309 nəfər seçicisi olan 17 saylı məntəqədə günün ikinci yarısında da seçicilərin iştirak səviyyəsi yüksək olub.

Məntəqə sədri Nurəli Məmmədov saat 15:00-a olan məlumata görə, səsvermədə 769 seçicinin iştirak etdiyini bildirib.