» » » Gəncədə seçicilərin 61 faizi səsvermədə iştirak edib

Gəncədə seçicilərin 61 faizi səsvermədə iştirak edib

Gəncədə seçicilərin 61 faizi səsvermədə iştirak edib
Gəncə. 26 sentyabr. REPORT.AZ/ Gəncədə fəaliyyət göstərən Dairə Seçki Komissiyalarında (DSK) 147 390 seçicinin 60.8 faizi öz səs vermə hüququdan istifadə edib.

ucarliyiq.biz - in Qərb bürosunun məlumatına görə, Gəncə şəhərində seçicilərin fəallığı davam edir.

Gəncə şəhər 37 saylı Nizami rayon Birinci DSK-dan verilən məlumata görə, seçicilərin 19 721 nəfəri səs verib ki, bu da dairə üzrə ümümi seçicilərin 60.1 faizini təşkil edir.

Gəncə şəhər 38 saylı Nizami rayon İkinci DSK üzrə saat 17:00-a qədər ümumi seçicilərin 60.8 faizi, 20 807 nəfəri səs vermədə iştirak edib.

Gəncə şəhər 39 saylı Kəpəz rayon Birinci DSK üzrə 24 647 seçici, ümumi dairə seçicilərinin 64.91 faizi öz səsvermədə iştirak edib.

Gəncə şəhər 40 saylı Kəpəz rayon İkinci DSK üzrə seçicilərin 58.2 faizi, 24 453 nəfəri səsvermədə iştirak edib.

Gəncə şəhərində fəaliyət göstərən Kəlbəcər rayon 123 saylı DSK səsvermə davam edir. Dairədən verilən məlumata görə, ümümu seçici sayı 49 716 nəfər olan dairədə saat 17:00-a qədər 33 756 nəfər iştirak edib ki, bu da DSk üzrə seçicilərin 67.8 fazini təşkil edir.