» » » Referendum: səsvermə başa çatıb

Referendum: səsvermə başa çatıb

Referendum: səsvermə başa çatıb
Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na - bu günə təyin edilmiş ümumxalq səsverməsi (referendum) başa çatıb.

ucarliyiq.biz - in xəbərinə görə, saat 08:00-da start verilən səsvermə 19:00-da yekunlaşıb.

Xatırladaq ki, referendumla əlaqədar üç - "Yeni Azərbaycan", "Vətəndaş Cəmiyyəti" və "Bələdiyyə" təşviqat qrupu Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib. Səsvermə prosesini 53 mindən çox yerli müşahidəçi ilə yanaşı, 117 beynəlxalq müşahidəçi izləyib. Həmin şəxslər 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla müxtəlif beynəlxalq təşkilatların nümayəndələri və parlament üzvləridir.

"Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi (Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə), Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (ABŞ-ın "AJF&Associates Inc." təşkilatı ilə birgə), "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "Rəy" Monitorinq Mərkəzi "exit-poll" keçirib.