» » » Avropa Xalq Partiyasının müşahidə missiyası: Referendum azad, sərbəst və ən mütərəqqi beynəlxalq standartlara uyğun keçirilib

Avropa Xalq Partiyasının müşahidə missiyası: Referendum azad, sərbəst və ən mütərəqqi beynəlxalq standartlara uyğun keçirilib

Avropa Xalq Partiyasının müşahidə missiyası: Referendum azad, sərbəst və ən mütərəqqi beynəlxalq standartlara uyğun keçirilib
Avropa Xalq Partiyası müşahidə missiyası Azərbaycanda keçirilən referendumla bağlı bəyanatla çıxış edib.

ucarliyiq.biz - in məlumatına görə, bəyanatda bildirilib ki, Azərbaycan Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi azad, sərbəst, açıq və ən mütərəqqi beynəlxalq standartlara uyğun keçirilib.

"Sentyabrın 26-da keçirilən referendum Azərbaycan xalqının iradəsini əks etdirir. Referendum zamanı bütün prosedurlar beynəlxalq standartlara uyğun olub. Avropa Xalq Partiyasının nümayəndələri 20-ə yaxın məntəqədə səhər saatlarından başlayaraq, sonuna qədər seçkini müşahidə ediblər", deyə bəyanatda bildirilib.