» » » YAP-ın icra katibi: “Geniş bir hərəkat başlanıb”

YAP-ın icra katibi: “Geniş bir hərəkat başlanıb”

YAP-ın icra katibi: “Geniş bir hərəkat başlanıb”
Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – icra katibi Əli Əhmədov referendumdan sonra Azərbaycanda hansı islahatların keçiriləcəyinə aydınlıq gətirib.

“Report”un xəbərinə görə, Ə.Əhmədov bildirib ki, ilk növbədə iqtisadi islahatlardan söhbət gedir: “Geniş bir hərəkat başlanıb. Prezidentin bir sıra sərəncamları ilə iqtisadi islahatların hansı istiqamətdə gedəcəyi artıq model olaraq dərk olunur. Eyni zamanda, bu istiqamətdə işlər davam etdirilir. Söhbət burada islahatların iqtisadi və hüquqi əsaslarından deyil, siyasi əsasların möhkəmləndirilməsindən gedir. Bu referendum nəticəsində Azərbaycanda daha da təkmilləşən hakimiyyət strukturları islahatların daha uğurlu aparılması üçün daha böyük səlahiyyətlərə yiyələnmiş olacaq. Təbii ki, iqtisadi islahatlar iqtisadi sferanın bütün sahələrini əhatə edir. Eyni zamanda, Azərbaycanda sahibkarlığın fəaliyyəti üçün geniş imkanların yaradılmasına təmin edir”.