» » » Aİ Regional Komitəsinin işçi qrupunun rəhbəri: "Səsvermə prosesi həm texniki həm də təşkilati baxımdan yüksək səviyyədə təşkil edilib"

Aİ Regional Komitəsinin işçi qrupunun rəhbəri: "Səsvermə prosesi həm texniki həm də təşkilati baxımdan yüksək səviyyədə təşkil edilib"

Aİ Regional Komitəsinin işçi qrupunun rəhbəri: "Səsvermə prosesi həm texniki həm də təşkilati baxımdan yüksək səviyyədə təşkil edilib"
Avropa İttifaqi Regional Komitəsinin işçi qrupu Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində iki dairə üzrə 10 məntəqədə müşahidə aparıb və müşahidə qrupu qərara gəlib ki, referendum haqda qərarın verilməsi milli qanunvericiliyə uyğundur. ucarliyiq.biz xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında İşçi qrupunun rəhbəri Paulina Haiyanen deyib.

Onun sözlərinə görə, bu dəyişikliklər əsasən idarəetmə sisteminin güclənməsinə və insan hüquqlarının qorunmasına xidmət edir.

P.Haiyanen deyib ki, səsvermə prosesi həm texniki həm də təşkilati baxımdan yüksək səviyyədə təşkil edilmişdi: "Seçici aktivliyi yüksək idi. Səsvermə prosesi yüksək səviyyədə keçib".

Müşahidə qrupunun nümayəndəsi Bordo Qills isə bildirib ki, Azərbaycanda referendum səsverməsi şəffaf və azad keçirilib.

Xatırladaq ki, işçi qrupunun 4 üzvü var - onlardan biri Finlandıya, ikisi esyoniya, və biri Latviyadandır.