» » » AVCİYA səsvermə zamanı apardığı müşahidələrin nəticələrini açıqlayıb

AVCİYA səsvermə zamanı apardığı müşahidələrin nəticələrini açıqlayıb

AVCİYA səsvermə zamanı apardığı müşahidələrin nəticələrini açıqlayıb
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində 65 dairə seçki komissiyasında müşahidələr aparıb. ucarliyiq.biz xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında AVCİYA nümayəndəsi Məhərrəm Zülfüqarlı deyib.

"Referendum günü səsvermənin nəticəsi gün ərzində 5 dəfə ictimaiyyətə çatdırılıb. Seçici fəallığı yüksək olub. Bir sıra məntəqələrdə bəzi texniki çatışmazlıqlar olub ki, o da referendum prosesinə və nəticəyə təsir etməyib. Assosiasiya hesab edir ki, referendum dövlət təhlükəsizliyi və vətəndaş cəmiyyəti institutlarının formalaşmasında mühüm əhəmiyyət kəsb edir", - M.Zülfüqarlı deyib.

AVCİA rəsmisi deyib ki, seçici fəallığı əvvəlki referenduma nisbətən daha yüksək olub.