» » » TÜRK PA: Azərbaycanda ümumxalq səsverməsi beynəlxalq standartlara uyğun keçirilib

TÜRK PA: Azərbaycanda ümumxalq səsverməsi beynəlxalq standartlara uyğun keçirilib

TÜRK PA: Azərbaycanda ümumxalq səsverməsi beynəlxalq standartlara uyğun keçirilib
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) müşahidə missiyası Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi ilə bağlı mətbuat konfransı keçirib.

“Report”un xəbərinə görə, müşahidə missiyasının üzvü Jandos Asanov deyib ki, missiya ilk dəfə olaraq referendum seçkilərini müşahidə edib.

O bildirib ki, müşahidə Bakının Yasamal və Nizami rayonlarındakı seçki məntəqələrində aparılıb və səsvermənin gedişini izləyiblər: “Ümumi nəticə qənaətbəxşdir. Bu səsvermə Azərbaycan xalqının iradəsini əks etdirir”.

Müşahidə missiyasının digər üzvü Haluk İpək isə qeyd edib ki, seçki uğurla keçirilib: “Bu, Azərbaycan xalqının iradəsidir. Seçkidə bəzi texniki qüsurlar aşkar olunub, amma bu, ümumi nəticəyə təsir etmir. Seçki beynəlxalq standartlara uyğun keçirilib. Seçicilər azad şəkildə öz iradələrini ifadə etdilər”.