» » » Zakir Həsənov Belarusun müdafiə naziri ilə görüşüb

Zakir Həsənov Belarusun müdafiə naziri ilə görüşüb

Zakir Həsənov Belarusun müdafiə naziri ilə görüşüb
Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisi çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun Bakıda rəsmi səfərdə olan Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.

Bu barədə ucarliyiq.biza Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycanla Belarus arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri, müasir hərbi texnologiyaların tətbiqi imkanları, qarşılıqlı təcrübə mübadiləsi və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.