» » » Azərbaycan və Serbiya müdafiə nazirləri arasında görüş olub

Azərbaycan və Serbiya müdafiə nazirləri arasında görüş olub

Azərbaycan və Serbiya müdafiə nazirləri arasında görüş olub
Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində müdafiə naziri general-polkovnik Zakir Həsənovun "ADEX 2016" ikinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Bakıda səfərdə olan Serbiyanın müdafiə naziri Zoran Corceviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.

Bu barədə ucarliyiq.biza Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Serbiya arasında hərbi təhsil, hərbi səhiyyə sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də hərbi-texniki istiqamətində birgə layihələrin potensialı müzakirə olunub.