» » » Fuad Ələsgərov: "Azərbaycanda terrorizmə və milli təhlükəsizlik üçün digər təhdidlərə qarşı xeyli təcrübə toplanılıb"

Fuad Ələsgərov: "Azərbaycanda terrorizmə və milli təhlükəsizlik üçün digər təhdidlərə qarşı xeyli təcrübə toplanılıb"

Fuad Ələsgərov: "Azərbaycanda terrorizmə və milli təhlükəsizlik üçün digər təhdidlərə qarşı xeyli təcrübə toplanılıb"
"Azərbaycan təhlükəsizliyin möhkəmləndirilməsinə böyük diqqət yetirir. Sabitlik və təhlükəsizlik mühitinin yaradılması, milli maraqlara qarşı olan təhdidlərin vaxtında aşkar edilməsi və qarşısının alınması hər bir dövlətin mövcudluğunun, onun müstəqilliyinin və uğurlu inkişafının əsasıdır".

ucarliyiq.biz xəbər verir ki, bunu Azərbaycan Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 41-ci iclasında çıxışı zamanı deyib.

F.Ələsgərov tədbir iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb və iştirakçılara ünvanlanmış məktubu oxuyub.

O bildirib ki, bu gün terrorizm, dini ekstremizm və aqressiv separatizm yenə də beynəlxalq təhlükəsizliyə əsas təhdidlər olaraq qalmaqdadır.

Onun sözlərinə görə, ötən illər ərzində Azərbaycanda terrorizmə, dini ekstremizm və milli təhlükəsizlik üçün digər təhdidlərə qarşı mübarizədə xeyli təcrübə toplanılıb, davamlı olaraq müvafiq qanunvericiliyin təkmilləşdirilməsi həyata keçirilir, hüquq tətbiqi sahəsində ciddi nəticələr əldə edilib.

"Bir müddət əvvəl xüsusi xidmət orqanlarımız bəzi təhlükəli dini ekstremist qrupların fəaliyyətinin qarşısının alınması məqsədilə bir sıra uğurlu əmliyyat keçirib. Hesab edirik ki, səmərəli təcrübə mübadiləsi və etibarlı tərəfdaşlıq əlaqələri xüsusi xidmət orqanları qarşısında dayanan məsələlərin həlli zamanı əhəmiyyətli nəticələrə nail olmaq üçün zəmin yaradır" - F.Ələsgərov vurğulayıb.

O bildirib ki, MDB ölkələrində radikal dini ideologiyanın yayılması ilə artan təhlükə əməkdaşlığın gücləndirilməsi zərurəti yaradır. Onun sözlərinə görə, bu cür qarşılıqlı anlaşmaların yaratdığı bütün imkanlardan tam istifadə etmək vacibdir.

F.Ələsgərov bugünkü görüşün MDB ölkələrinin milli təhlükəsizliyinin təmin edilməsi məsələsində səylərin daha çox birləşdiriləcəyinə şərait yaradacağına ümidvar olduğunu söyləyib.