» » » Milli Məclisin deputatları Makedoniyaya gedir

Milli Məclisin deputatları Makedoniyaya gedir

Milli Məclisin deputatları Makedoniyaya gedir
Milli Məclisin deputatları Azay Quliyev, Kamran Nəbizadə və Tahir Mirkişili ATƏT Parlament Assambleyasının payız sessiyasında iştirak etmək üçün sentyabrın 29-da Makedoniyanın paytaxtı Skopye şəhərinə səfər edəcəklər.

Bu barədə ucarliyiq.biza QHT-lərə Dövlət Dəstəyi Şurasından bildirilib.

Məlumata görə, sessiya çərçivəsində “ATƏT regionunda etimadın qurulması tədbirlərinin və yaxşı idarəetmənin gücləndirilməsi” adlı Parlament Konfransı keçiriləcək.

ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev sessiyanın “ATƏT regionunda yaxşı idarəetmə iqtisadi inkişafın möhkəmləndirilməsinin zəmini kimi” adlı toplantısına sədrlik edəcək. Konfransda “Cənub-Şərqi Avropada demokratik institutların və insan haqlarının inkişaf etdirilməsi: bu fəaliyyətdə ATƏT-in rolu” və “Beynəlxalq miqrasiyanın idarə edilməsi əsasında insan haqlarının inkişafı” mövzularında da müzakirələr aparılacaq. Sessiya ərzində, həmçinin, Aralıq dənizi Forumu keçiriləcək. Forum iştirakçıları bir sıra aktual məsələlərlə bağlı fikirlərini bölüşəcəklər. Deputatlarımız qeyd olunan toplantılarda fəal iştirak edərək müzakirəyə çıxarılan məsələlərlə bağlı rəy və təkliflərini bildirəcəklər.

Səfər zamanı millət vəkili Azay Quliyev ATƏT PA-nın daimi komitəsinin iclasında da iştirak edəcək. Yığıncaqda beynəlxalq katibliyin daxili islahatlar vasitəsi ilə gücləndirilməsi, beynəlxalq katiblik tərəfindən üzvlərin dəstəklənməsi, digər tərəfdaşlarla əməkdaşlığın qurulması məsələləri və gələcək tədbirlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər oktyabrın 3-də başa çatacaq.