» » » Prezident İlham Əliyev Şimon Peresin vəfatı ilə bağlı israilli həmkarına başsağlığı verib

Prezident İlham Əliyev Şimon Peresin vəfatı ilə bağlı israilli həmkarına başsağlığı verib

Prezident İlham Əliyev Şimon Peresin vəfatı ilə bağlı israilli həmkarına başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti Reuven Rivlinə başsağlığı verib.

“Report”un xəbərinə görə, başsağlığı mətnində deyilir:

“Hörmətli cənab Prezident,

İsrail Dövlətinin keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, Nobel mükafatı laureatı Şimon Peresin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İsrail xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.