» » » Roma Papası Azərbaycan və Gürcüstana səfərləriylə əlaqədar Şimon Peresin dəfninə getməyəcək

Roma Papası Azərbaycan və Gürcüstana səfərləriylə əlaqədar Şimon Peresin dəfninə getməyəcək

Roma Papası Azərbaycan və Gürcüstana səfərləriylə əlaqədar Şimon Peresin dəfninə getməyəcək
Roma Papası I Fransisk İsrailin keçmiş prezidenti Şimon Peresin dəfn mərasimində iştirak edə bilməyəcək.

ucarliyiq.biz xəbər verir ki, Vatikandan verilən məlumata görə, buna səbəb Papanın Gürcüstan və Azərbaycana planlaşdırılan səfərləridir.

Gürcüstan KİV-nin yazdığına görə, yerli Prezident Administrasiyası dini liderin Tbilisiyə səfərinin planlaşdırılan qrafikə uyğun baş tutacağını təsdiqləyib.

Qeyd edək ki, I Fransisik sentyabrın 30-da Gürcüstana gedəcək. Elə həmin gün Qüdsdə Şimon Peres dəfn olunacaq.

Oktyabrın 2-də səhər saatlarında isə Papa Tbilisidən Bakıya gələcək.