» » » "Şvabe" holdinqi Azərbaycandakı sərgidə yeni gecə nişangahını təqdim edəcək

"Şvabe" holdinqi Azərbaycandakı sərgidə yeni gecə nişangahını təqdim edəcək

"Şvabe" holdinqi Azərbaycandakı sərgidə yeni gecə nişangahını təqdim edəcək
Bakıda keçirilən 2-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi "ADEX-2016"da "Şvabe" holdinqi beşqat böyütmə imkanlı yeni gecə nişangahını nümayiş etdirəcək.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, sərginin yekununda yeni məhsulun istehsalı 25-30% arta bilər.

Nişangah "Şvabe" holdinqində kütləvi istehsala verilib. O, yenilənmiş 3-cü nəsil elektro-optik konverter (EOC) və ekran parlaqlığını nizamlama funksiyası ilə təchiz edilib və 500 metrə qədər məsafədə hədəfi müəyyən etməyə imkan verir.

"Yeni məhsul yüksək texniki xüsusiyyətlərə malikdir və sələflərindən 16% ucuzdur. Bu səbəbdən nişangaha Rusiya bazarında tələbat yüksəkdir və o, orijinal nişangahlar arasında satış üzrə liderdir. Bakıdakı sərgidə yeni təchizatlarla bağlı bir sıra perspektivli danışıqlar aparmışıq. 2017-ci ildə bu məhsulun istehsal həcminin cari illə müqayisədə 25-30% artırılması planlaşdırılır", - deyə holdinqin baş direktoru Vasili Rassoxin bildirib.

Qeyd edək ki, kiçik ölçülü nişangah ərazinin izlənməsi, hədəfin aşkar edilərk tanınması və nişan atəşi açmaq üçün nəzərdə tutulub.