» » » Putin: "Bakı Humanitar Forumu dünyada tanınıb"

Putin: "Bakı Humanitar Forumu dünyada tanınıb"

Putin: "Bakı Humanitar Forumu dünyada tanınıb"
"Bakı Humanitar Forumu nisbətən qısa müddətdə dünyada tanınıb".

ucarliyiq.biz RİA "Novosti"yə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin bu gün Bakıda açılışı baş tutan V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarına göndərdiyi məktub-mesajda deyib.

"Bakı hörmətli qonaqları, elmi və yaradıcı ziyalıların nümayəndələrini qəbul edir. Siz dəyərli təcrübə mübadiləsi həyata keçirəcək, mədəniyyət, elm və ətraf mühit sahəsində perspektivləri müzakirə edəcəksiniz. Müzakirələrinizin məhsuldar və səmərəli olacağına əminəm", - Rusiya baş nazirinin müavini Olqa Qolodetsin oxuduğu məktubda yazılıb.

Qeyd edək ki, Bakı Beynəlxalq Humanitar Forumu – bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir.