» » » Milli Məclisdə yeni layihə: Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlığı bərpa edir - EKSKLÜZİV

Milli Məclisdə yeni layihə: Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlığı bərpa edir - EKSKLÜZİV

Milli Məclisdə yeni layihə: Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlığı bərpa edir - EKSKLÜZİV
Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlığı bərpa edir.

ucarliyiq.biz xəbər verir ki, Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyinə "Avropa Parlamenti ilə Azərbaycan Respublikası Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında" layihə daxil edilib.

Layihə parlamentin sentyabrın 30-da keçiriləcək toplantısında müzakirə olunacaq.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev ucarliyiq.biza açıqlamasında deyib ki, Azərbaycanla Avropa Parlamenti arasında yenidən əməkdaşlığın yaranması mühüm məsələdir.

O qeyd edib ki, parlamentlərarası əməkdaşlığın yenidən bərpa edilməsi vacibdir: "Bilirsiz ki, Azərbaycan ikitərəfli qaydada Avropanın bir çox dövlətləri ilə uğurlu iş aparır. Düşünürəm ki, bu istiqamətdə işlərimiz uğurla davam edəcək".