» » » Nazir: "TAP layihəsinin Azərbaycan-İtaliya münasibətlərinə töhfə verəcəyinə əminik"

Nazir: "TAP layihəsinin Azərbaycan-İtaliya münasibətlərinə töhfə verəcəyinə əminik"

Nazir: "TAP layihəsinin Azərbaycan-İtaliya münasibətlərinə töhfə verəcəyinə əminik"
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun sədr müavini Mauro Marinonun rəhbərlik etdiyi senator və deputatlardan ibarət nümayəndə heyəti ilə görüşüb.

XİN-nin mətbuat xidmətindən ucarliyiq.biza verilən məlumata görə, görüşdə Azərbaycan ilə İtaliya arasında əməkdaşlığın hazırkı inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

Nazir Elmar Məmmədyarov 2019-cu ildə tamamlanması gözlənilən TAP layihəsinin iki ölkə arasında münasibətlərə töhfə verəcəyinə əminlik ifadə edib və ölkəmizin İtaliya ilə enerji sahəsində əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Bakı Humanitar Forumunda iştirak üçün dəvətə görə nümayəndə heyəti adından təşəkkürünü ifadə edən Mauro Marino sözügedən forumun fəaliyyətini yüksək qiymətləndirib və müasir dünyanı narahat edən aktual məsələlərin müzakirəyə çıxarıldığını bildirib.