» » » Bakıdakı İsrail səfirliyində ictimaiyyət üçün xatirə kitabı oktyabrın 5-6-da açıq olacaq

Bakıdakı İsrail səfirliyində ictimaiyyət üçün xatirə kitabı oktyabrın 5-6-da açıq olacaq

Bakıdakı İsrail səfirliyində ictimaiyyət üçün xatirə kitabı oktyabrın 5-6-da açıq olacaq
İsrailin Azərbaycandakı səfirliyində ölkənin keçmiş prezidenti Şimon Peresin ölümü ilə əlaqədar xatirə kitabı ictimaiyyət üçün oktyabr ayının 5-6-da açıq olacaq.

İsrailin Azərbaycandakı səfirliyindən ucarliyiq.biza verilən məlumata görə, xatirə kitabı oktyabrın 5-də saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək, eləcə də oktyabrın 6-da saat 14:00-dan 16:00-dək açıq olacaq.

Dünən Azərbaycan Prezidenti İlham Əliyev səfirlikdə olaraq, İsrailin 9-cu prezidenti Şimon Peresin vəfatı ilə əlaqədar başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıb.

Xatırladaq ki, Ş.Peres sentyabrın 28-də səhər saatlarında Təl-Əviv yaxınlığındakı "Təl ha-Şomer" xəstəxanasında, 94 yaşında dünyasını dəyişib. O, 1984-1986 və 1995-1996-cı illərdə İsrailin baş naziri, eləcə də 2007-2014-cü illərdə prezidenti olub.