» » » “Meliorasiya və irriqasiya haqqında” qanuna dəyişiklik edilib

“Meliorasiya və irriqasiya haqqında” qanuna dəyişiklik edilib

“Meliorasiya və irriqasiya haqqında” qanuna dəyişiklik edilib
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Meliorasiya və irriqasiya haqqında” qanuna dəyişiklik təklifi müzakirəyə çıxarılıb.

“Report”un məlumatına görə, qanunun 12-ci maddəsinə dördüncü hissə əlavə edilib.

Əlavəyə görə, meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun balansında olan meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi, tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) idarə olunması, saxlanılması, qorunması işlərinin görülməsi üçün lisenziya və icazə alınması tələb olunduqda, həmin lisenziya və icazə alınmış hesab edilir və yenidən alınması tələb olunmur.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.