» » » BMT baş katibinin köməkçisi: “Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıyıq”

BMT baş katibinin köməkçisi: “Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıyıq”

BMT baş katibinin köməkçisi: “Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıyıq”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT baş katibinin köməkçisi, təşkilatın İnkişaf Proqramının (UNDP) Avropa və MDB ölkələri üzrə ofisinin direktoru Cihan Sultanoğlunu qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ucarliyiq.biza verilən məlumata görə, görüşdə Azərbaycanla UNDP arasında əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulanıb və əlaqələrin inkişafı üçün səylərin artırılmasının vacibliyi qeyd edilib.

Eyni zamanda XİN-nin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin (AIDA) humanitar sahədə gördüyü işlər və həyata keçirdiyi layihələr yüksək qiymətləndirilib.

Cihan Sultanoğlunu təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirdi və ikitərəfli əməkdaşlıq nəticəsində əldə olunan uğurlardan söz açıb. O, həmçinin, Azərbaycanın “ANAMA” və “Asan Xidmət” kimi qurumların təcrübəsindən digər ölkələrin faydalanmasının zəruriliyini qeyd edib.

Görüşdə bildirilib ki, Azərbaycanın 2017-2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) üzv seçilməsi davamlı inkişafa məqsədlərinə töhfə vermək üçün əlavə imkanlar yaradacaqdır.